"Arsenal"ın heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, London təmsilçisinin müdafiəçisi Ben Uayt sıradan çıxıb.

İngiltərəli futbolçu Premyer Liqanın 16-cı turunun "Vulverhempton"la matçında (2:1) dizindən zədələnib. 28 yaşlı sağ cinah müdafiəçisi ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Ben Uayt bu mövsüm "Arsenal"ın heyətində keçirdiyi 11 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest