“Fiorentina” rəhbərliyi baş məşqçi Paolo Vanolinin vəzifədən azad edilməsi barədə ciddi düşünür.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

“Bönövşəyilər”in rəhbərliyi çempionatda qalmaq uğrunda mübarizədə birbaşa rəqib olan “Verona”ya minimal hesablı məğlubiyyətdən (0:1) sonra sərt reaksiya verib. Mətbuatla ünsiyyət qadağan olunub. Həmçinin, komanda müddətsiz şəkildə klubun bazasında məşq toplanışına göndərilib.

Paolo Vanoli noyabrın 7-də Stefano Piolinin yerinə florensiyalıların baş məşqçisi vəzifəsinə təyin edilib. Lakin nəticələrdə irəliləyiş qeydə alınmayıb. Yeni çalışdırıcı ilə “Fiorentina” bütün turnirlərdə keçirdiyi 7 oyunda cəmi bir qələbə qazanıb.

Qeyd olunur ki, Vanolini əvəzləyə biləcək namizəd kimi daha əvvəl Florensiyada çalışmış Cüzeppe Yakini nəzərdən keçirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest