15 Dekabr 2025, 19:21
FUTBOL
"Fluminense"nin kapitanı Tiaqo Silva komandadan ayrılmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Braziliyalı mərkəz müdafiəçisi dünya çempionatından öncə milli komandaya dəvət almaq üçün rəqabətli çempionatda çıxış etməyi planlaşdırır. 41 yaşlı futbolçunun məqsədi Avropaya qayıtmaqdır.
Qeyd edək ki, Tiaqo Silva başa çatan mövsümdə "Fluminense"nin heyətində keçirdiyi 46 oyunda 4 qol vurub, 1 qol ötürməsi edib. O, daha əvvəl "Çelsi", "Milan" və PSJ-nin formasını geyinib.










_1765818873.jpg)

