15 Dekabr 2025, 19:02
FUTBOL
"Tottenhem"dən ayrıldıqdan sonra klubsuz olan Serxio Reqilon karyerasını ABŞ-də davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İspaniya milli komandasının sabiq üzvü "İnter Mayami" ilə anlaşıb. 28 yaşlı sol cinah müdafiəçisi MLS çempionu ilə yaxın günlərdə müqavilə imzalayacaq.
Qeyd edək ki, Serxio Reqilon "Real", "Sevilya", "Atletiko", "Mançester Yunayted", "Brentford" kimi klubların formasını geyinib.










_1765818873.jpg)

