15 Dekabr 2025, 16:59
FUTBOL
"Atletiko"nun yarımmüdafiəçisi Pablo Barrios karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.
"Tottenhem" ispaniyalı futbolçunu transfer etmək istəyir. Barriosun Madrid klubu ilə müqaviləsində 120 milyon avroluq sərbəstqalma maddəsi yer alıb. Lakin London təmsilçisinin 22 yaşlı oyunçunu 70 milyon avroya heyətinə qatacağı bildirilir.
Qeyd edək ki, İspaniya millisinin üzvü olan Pablo Barrios bu mövsüm "Atletiko"nun heyətində 25 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.












