Braziliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Karlo Ançelottini uzun müddət postunda saxlamaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

"Sambaçılar" italiyalı mütəxəssislə müqavilənin müddətini 2030-cu ilədək uzatmağı planlaşdırır. Artıq 66 yaşlı mütəxəssislə danışıqlar başlayıb.

Qeyd edək ki, Karlo Ançelotti bu ilin 26 may tarixində Braziliya yığmasının baş məşqçisi vəzifəsinə təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest