15 Dekabr 2025, 16:30
FUTBOL
"Karvan-Yevlax" Misli Premyer Liqasının 15-ci turunda səfərdə "İmişli" ilə 1:1 hesablı heç-heçə edib.
Matc.az xəbər verir ki, qonaqların məşqçisi Füzuli Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Meydançanın vəziyyəti və hava şəraiti futbolçular üçün çox çətin idi. Ağır oyun oldu. Əlbəttə ki, bura qələbə üçün gəlmişdik. Qalib gələ də, uduza da bilərdik. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Futbolçularıma təşəkkür edirəm. Çətin hava şəraitinə rəğmən döyüşkənlik göstərdilər. Hesabda geri olsaq da, onlar əzmkarlıq göstərib bərabərlik qolunu vurdular. Qarşıdakı matçlara hazırlaşacağıq".





_1765818873.jpg)






