15 Dekabr 2025, 14:50
FUTBOL
"Liverpul"un sabiq baş məşqçisi Brendan Rocers Səudiyyə Ərəbistanında çalışa bilər.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
"Əl-Qadisiya" şimali irlandiyalı mütəxəssisi baş məşqçi postuna gətirəcək. Artıq tərəflər arasında razılıq əldə olunub. Təyinat tezliklə rəsmən açıqlanacaq.
Qeyd edək ki, Brendan Rocersin son iş yeri Şotlandiyada "Seltik" olub.












