"Real" rəhbərliyi braziliyalı oyunçu Vinisius və onun agentlərinə yeni müqaviləsinin şərtlərini artıq yaxşılaşdırmayacaqları barədə məlumat göndərib.

Matc.az xəbər verir ki, bu barədə "Madrid Zone" məlumat yayıb.

Bildirilir ki, Madrid klubu Vinisiusun mövcud təklifi qəbul etməsə, onu 2026-cı ilin yayında satışa çıxaracaq.

Vinisiusun "Real" ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.

Qeyd edək ki, 25 yaşlı Vinisius 2018-ci ildən bəri İspaniya klubunda oynayır. O, "Real"da 344 oyun keçirib, 111 qol vurub və 90 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest