12 Dekabr 2025, 15:56
FUTBOL
"İnter"in heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, müdafiəçi Françesko Açerbi sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı futbolçu UEFA Çempionlar Liqası Liqa mərhələsinin VI turunun "Liverpul"la matçında (0:1) sıradan çıxıb.37 yaşlı mərkəz müdafiəçisi 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd eədk ki. Açerbi bu mövsüm "İnter"in heyətində keçirdiyi 14 oyunda 1 qol ötürməsi edib.












