Braziliya millisi və "Liverpul"un qapıçısı Alisson Bekker karyerasını "Milan"da davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
"Milan"ın əsas qapıçısı Mayk Maynyanın müqaviləsi 2026-cı ilin yayında bitir. Müqavilənin uzadılmasında böyük çətinlik yaranıb, ona görə də İtaliya klubu artıq fransız oyunçunun mümkün gedişinə hazırlaşır.
Alisson Bekker əsas namizəd hesab olunur və artıq danışıqlar aparılır. 33 yaşlı braziliyalı qolkiperin "Liverpul"la müqaviləsi 2027-ci ilin yayında başa çatır, lakin İngiltərə çempionu qapıçını gələn yayın əvvəlində buraxmağa hazırdır. "Milan" bu fürsətdən yararlanmaq istəyir və mümkün qədər tez hərəkət etmək niyyətindədir.
Alissonun transfer dəyəri hazırda 17 milyon avro olaraq qiymətləndirilir. Bu mövsüm o, bütün yarışlarda 14 oyun keçirib, 19 qol buraxıb və 4 oyunda qapısını toxunulmaz saxlayıb.


_1765419790.jpg)









