"Fiorentina" qışda müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, Florensiya təmsilçisi "Fənərbaxça"da çıxış edən Rodriqo Bekanı transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Fiorentina" yaxın günlərdə braziliyalı futbolçu üçün İstanbul klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Fənərbaxça" Rodriqo Bekanı 2023-cü ilin iyul ayında "Udineze"dən transfer edib. Baş məşqçi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılan 29 yaşlı mərkəz müdafiəçisi İtaliyaya qayıtmağa isti yanaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest