09 Dekabr 2025, 19:16
FUTBOL
"Mançester Yunayted" gələn yay üçün "Elçe"nin mərkəz müdafiəçisi David Affenqruberi transfer hədəfi kimi nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə TEAMtalk məlumat yayıb.
Bildirilir ki, İspaniya klubu 24 yaşlı futbolçunu 30 milyon avro dəyərində qiymətləndirir. "Elçe" avstriyalı futbolçunun müqaviləsini uzatmasa, komandada saxlamağın çətin olacağını başa düşür. Affenqruberin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
"Yuventus", "Sevilya" və "Atletiko" "Mançester Yunayted" üçün potensial rəqib ola bilər.
Qeyd edək ki, bu mövsüm Affenqruber bütün yarışlarda 15 oyunda meydana çıxıb, lakin qol vurmayıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 7,5 milyon avrodur.



_1765203041_1765332435.jpg)








