Evan Ferqyuson “Roma” ilə icarə müqaviləsini vaxtından əvvəl başa vuraraq “Brayton”a qayıdacaq.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

21 yaşlı futbolçu qışda bir mövsümlük icarə əsasında qoşulduğu paytaxt klubundan İngiltərəyə dönəcək. İrlandiyalı forvardla icarə müddəti vaxtından əvvəl ləğv olunacaq. “Roma” yanvar ayında yeni hücumçu axtarışına başlayacaq.

Qeyd edək ki, Evan Ferqyuson mövsümün gedişatında "Roma"nın heyətində bütün turnirlərdə 14 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest