09 Dekabr 2025, 09:25
FUTBOL
İcarə əsasında "Jirona"da çıxış edən Dominik Livakoviç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
"Cenoa" müqavilə ilə "Fənərbaxça"ya məxsus olan xorvatiyalı qolkiperi transfer etmək istəyir. "Qırmızı-mavilər" yanvar ayında "30 yaşlı "əlcək sahibi"ni heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Dominik Livakoviç mövsümün əvvəlində "Cenoa"ya icarəyə verilib. Təcrübəli qapıçı La Liqa təmsilçisinin heyətində rəsmi oyunlarda meydana çıxmayıb.












