05 Dekabr 2025, 17:33
FUTBOL
UEFA "Fənərbaxça"nın hücumçusu Con Durana 2 oyunluq cəza verib.
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Kolumbiyalı forvardın cəzalanmasına səbəb UEFA Avropa Liqasının V turunun "Ferentsvaroş"la matçında rəqibini vurması olub. 21 yaşlı futbolçu "Brann" və "Aston Villa" ilə oyunlarda komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, Con Duran bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 12 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.









_1764946718.jpg)


