05 Dekabr 2025, 16:56
FUTBOL
"Napoli"nin yarımmüdafiəçisi Stanislav Lobotka əzələ problemi səbəbindən A Seriyasının bazar günü “Yuventus”la keçiriləcək oyununu buraxacaq.
Matc.az xəbər verir ki, 31 yaşlı futbolçu “Kalyari”yə qarşı İtaliya Kubokunun 1/8 final matçından (1:1, penaltilərlə 9:8) əvvəl isinmə hərəkətləri zamanı zədələnib.
Bu, slovakiyalı oyunçunun mövsüm ərzində aldığı ilk zədə deyil. O, oktyabr ayında əzələsindəki zədə səbəbindən üç həftə meydana çıxmamışdı.
Lobotkanın 18 dekabr tarixində “Milan”a qarşı İtaliya Superkubokunun yarımfinal matçına qədər sağalacağı gözlənilir.







_1764946718.jpg)




