05 Dekabr 2025, 12:58
FUTBOL
"Yuventus"un hücumçusu Duşan Vlahoviç əməliyyan olunub.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Serbiyalı forvardın Londondakı əməliyyatı uğurlu keçib. Vlahoviç sabahdan etibarən reablitasiya prosesinə başlayacaq.
Yerli mətbuat 26 yaşlı futbolçunun 3-4 ay yaşıl meydanlardan uzaq qalacağını bildirir.
Qeyd edək ki, Duşan Vlahoviç bu mövsüm "Yuventus"un heyətində keçirdiyi 20 oyunda 8 qol vurub, 2 qol ötürməsi edib.












