18 Noyabr 2025, 12:12
FUTBOL
"Real"ın futbolçusu Rodriqo karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Qalatasaray" braziliyalı vingeri heyətinə qatmaq istəyir. İstanbul nəhəngi 24 yaşlı oyunçu üçün İspaniya klubu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Rodriqo bu mövsüm "Real"ın heyətində keçirdiyi 16 oyunda 3 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.












