"Napoli"nin yarımmüdafiəçisi Noah Lanq klubdakı mövqeyindən və oyun müddətindən narazıdır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira paylaşıb.

Niderlandlı vinger 2026-cı il dünya çempionatı yaxınlaşdıqca daha çox oynamaq istəyir və buna görə də yanvar ayında transfer üçün əlçatan ola bilər.

Qeyd edək ki, Lanq yayda PSV-dən "Napoli"yə cəmi 25 milyon avroya keçib. Bu müddət ərzində o, bütün yarışlarda 11 oyun keçirib, cəmi bir dəfə start heyətində yer alıb, lakin fərqlənə bilməyib.

"Transfermarkt" oyunçunu 25 milyon avro dəyərində qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest