Tanınmış italiyalı mərkəz müdafiəçisi Mattia Kaldara 31 yaşında karyerasını sonlandırmaq qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə Canluka Di Marsio məlumat yayıb.

Kaldaranın son klubu 2024-cü ildən 2025-ci ilə qədər orada oynadığı "Modena" olub. Müdafiəçi daha çox 2014-cü ildən 2018-ci ilə qədər doğma klubu "Atalanta"dakı çıxışları ilə tanınır.

Kaldaranın karyerası 2018-ci ildə "Milan"a keçdikdən sonra geriləyib. Müdafiəçi 2024-cü ilə qədər "Milan" ilə müqavilə bağlasa da, bu müddət ərzində o, yalnız bir oyun keçirib, üç dəfə isə icarəyə göndərilib.

O, həmçinin "Trapani", "Cezena", "Venesia" və "La Spesia" klublarında da oynayıb.

Kaldara 2018-ci ildə İtaliya millisində iki, U-21-də isə 12 oyun keçirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest