Meksika prezidenti 2026-cı il dünya çempionatının açılış oyununa qatılmayacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" paylaşıb.
FİFA prezidenti Canni İnfantinonun avqust ayında ölkəyə səfəri zamanı prezident Klaudiya Şeynbaum biletindən istifadə etməyəcəyini açıqlamışdı. İndi o, 00001 nömrəli bileti azarkeşə vermək qərarına gəlib.
"Qərarımı verdim. Açılış mərasiminə biletimi qatıla bilməyən və futbolu sevən bir qıza və ya gənc qadına verəcəyəm", - deyə Şeynbaum bildirib.
Prezident xatırladıb ki, Mexiko şəhəri 1970 və 1986-cı illərdə dünya çempionatının açılış oyunlarına ev sahibliyi edib və bu da "Estadio Azteka" stadionunu tarixdə üç açılış oyununa ev sahibliyi edən yeganə stadiona çevirib.
Xatırladaq ki, 2026-cı il dünya çempionatının açılış matçı 11 iyunda Mexiko şəhərində keçiriləcək. Meksikadan əlavə mundiala ABŞ və Kanada da ev sahibliyi edir.











_1762880428.jpg)
