07 Noyabr 2025, 19:34
FUTBOL
Paolo Vanoli "Fiorentina"nın baş məşqçisi təyin edilib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 53 yaşlı məşqçinin müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub və əlavə bir mövsüm artırmaq imkanı var.
Qeyd edək ki, "Fiorentina" bu mövsüm A Seriyasında hələ də qələbə qazanmayıb və hazırda 4 xalla sonuncu yerdə 20-ci yerdədir.












