04 Noyabr 2025, 14:34
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Şəmkir” futbol klubunun üzvü Tural Məmmədzadə mükafatlandırılıb.
Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı VII turun “Xankəndi” - “Şəmkir” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.

            
 










