02 Noyabr 2025, 12:20
FUTBOL
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının favoritləri ilə bağlı sualı cavablandırıb.
Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
"Bu turnirin ənənəvi favoritləri var: "Real", PSJ, "Mançester Siti" və "Bavariya". İlk turlarda çox qollu oyunlar, eləcə də gözlənilməz nəticələr gördük ki, bu da marağımızı itirir. Yarışı daha həyəcanlı etmək üçün qrup mərhələsi genişləndirildi. Bunu qəbul etməliyik", - deyə Ançelotti açıqlama verib.
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin üç turundan sonra PSJ 9 xalla birinci, "Bavariya" ikinci (9), "Real" beşinci (9) və "Mançester Siti" isə yeddinci (7) yerdədir.












