"Barselona" bu qış heyətini "Levante"nin hücumçusu Karl Eyonqla gücləndirə bilər. Oyunçunun özü yanvar ayında Kataloniya klubuna qoşulmaq və yaya qədər icarə əsasında hazırkı komandasında qalmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

22 yaşlı futbolçu "Real", "Mançester Siti", "Mançester Yunayted" və "Arsenal"ın da maraq dairəsindədir.

"Barselona"nın Eyonqu mövsümün sonunda müqaviləsi başa çatacaq 37 yaşlı hücumçu Robert Levandovskinin əvəzedicisi kimi gördüyü vurğulanır. Kamerunlu futbolçunun müqaviləsində La Liqa klubları üçün 30 milyon avro, Premyer Liqa klubları üçün isə 40 milyon avroluq sərbəst qalma bəndi var.

Qeyd edək ki, bu mövsüm Eyonq La Liqada 10 oyunda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Oyunçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 20 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest