27 Oktyabr 2025, 15:44
FUTBOL
Çimkənd şəhər stadionunda təşkil olunan oyun Siyasət Əsgərovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirib.
Matc.az xəbər verir ki, A milli Qazaxıstan yığması ilə qarşılaşıb. Çimkənd şəhər stadionunda təşkil olunan oyun Siyasət Əsgərovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qalibiyyət qolunu 82-ci dəqiqədə Nigar Mirzəliyeva vurub.
Qeyd edək ki, bu komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda millimiz 2:1 hesablı qələbə qazanıb.

_1761586939.jpg)
_1761586541.jpg)









