27 Oktyabr 2025, 15:20
FUTBOL
"Yuevntus" baş məşqçi İqor Tüdorla yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 47 yaşlı çalışdırıcı uğursuz nəticələrə görə istefaya göndərilib.
Qeyd edək ki, İqor Tüdor bu ilin mart ayında "Yuventus"un baş məşqçisi postuna təyin olunub. "Ağ-qaralar" keçirdikləri son 8 oyunda 5 heç-heçə edib, 3 dəfə isə məğlub olub.






_1761579949.jpg)





