26 Oktyabr 2025, 21:41
FUTBOL
Bu gün La Liqanın X turunda cari mövsümün ilk "El-klasiko"su baş tutub.
Matc.az xəbər verir ki, "Santyaqo Bernabeu" stadionunda lider "Real" "Barselona"nı qəbul edib.
Qarşılaşma Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.
"Real"ın qollarını Kilian Mbappe (22 dq) və Cud Bellingem (43 dq) vurub. "Barselona"da isə Fermin Lopez (38 dq) fərqlənib.
Qeyd edək ki, bu qələbədən sonra Madrid klubu xalını 27-ə yüksəldərək liderliyini qoruyub. "Barselona" isə 22 xalla ikinci pillədə qərarlaşıb.












