26 Oktyabr 2025, 15:08
DİGƏR
Biatlon üzrə on dəfədən artıq dünya çempionu Julia Simon yeni qalmaqalla üzləşib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "L’Equipe" paylaşıb.
Bildirilir ki, o, fırıldaqçılıq və oğurluqla əlaqədar ittiham olunur. Onu şəxsi əşyalarını və pullarını itirən Fransalı idmançılar Lu Janmonno, Karolin Kolombo, Anais və Hlo Şevalye bacıları ittiham edir.
Qeyd edək ki, Simon əvvəllər də başqasının kredit kartından 1000 avrodan çox alış-veriş üçün istifadə etdiyini etiraf etmişdi. O zaman üç nəfər, o cümlədən Olimpiya çempionu Justine Bressaz-Buşe zərərçəkən qisməndə olmuşdular.












