"Qalatasaray" yarımmüdafiəsini gücləndirmək niyyətindədir və Moskvanın ÇSKA klubunun 20 yaşlı futbolçusu Matvey Kislyakı almaq fikrindədir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Fotomaç" paylaşıb.

Bildirilir ki, türkiyə nəhənginin baş məşqçisi Okan Buruk rusiyalı futbolçu haqda müsbət fikirdədir. "Qalatasaray" Kislyakın transferini yanvarda tamamlamağı planlaşdırır.

Qeyd edək ki, yarımmüdafiəçi 14 yaşından Moskva klubunda çıxış edir. O, "qırmızı-göylər"in böyüklərdən ibarət komandasının heyətində bütün yarışlarda 59 matçda meydana çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə edib. Kislyakın klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt"da onun dəyəri 16 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest