PSJ "Barselona"nın 18 yaşlı vingeri Lamin Yamala ciddi maraq göstərir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "goal.com" paylaşıb.

Yamalın Kataloniya klubu ilə müqaviləsi 2031-ci ilə qədərdir və 1 milyard dollarlıq sərbəst qalma maddəsini ehtiva edir. Buna baxmayaraq, parislilərin 2017-ci ildə Neymar üçün 257 milyon dollara təyin etdikləri dünya rekordunu aşa biləcək təklifi nəzərdən keçirməyə hazır olduqları bildirilir.

PSJ nümayəndələri transferlə bağlı ilkin danışıqlar aparıb, lakin klub rəsmiləri hələlik bu barədə məlumatı təkzib edirlər. Məlumatına görə, potensial sövdələşmə 277 milyon dollara çata bilər.

Qeyd edək ki, Yamal bu mövsüm "Barselona"nın heyətində 5 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest