"Fənərbaxça" "Korintians"ın hücumçusu Memfis Depayı transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Esporte Record" məlumat yayıb.

İstanbul nəhəngi niderlandlı forvardı yanvar ayında heyətinə qatmağı planlaşdırır. Super Liqa təmsilçisi 31 yaşlı futbolçu üçün 10 milyon avro təzminat ödəməyə hazırdır.

Niderland millisinin üzvü özü də Avropaya qayıtmağa isti yanaşır.

Qeyd edək ki, Memfis Depay bu mövsüm "Korintians"ın heyətində keçirdiyi 39 oyunda 8 qol vurub, 10 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest