14 Oktyabr 2025, 10:56
DÇ-2026
2026-cı ildə keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək daha bir milli komanda müəyyənləşib.
Matc.az xəbər verir ki, Kabo-Verde yığması mundiala vəsiqə qazanıb.
Bubistanın rəhbərlik etdiyi kollektiv Afrikaa zonası üzrə seçmə mərhələsinin 10-cu - sonuncu turunda doğma meydanda Esvatinini 3:0 hesabı ilə məğlub edib. Xallarını 23 yüksəldən Kabo-Verde seçməsi qrupu lider başa vurub və ilk dəfə dünya çempionatında iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, dünya çempionatı ABŞ, Meksika və Kanadada təşkil olunacaq.