"Barselona" İspaniya millisində olarkən əzələsindən zədə alan yarımmüdafiəçi Dani Olmoya münasibətindən son dərəcə narazıdır.
Matc.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Bildirilir ki, Kataloniya klubu əzələ yorğunluğunu göstərən tibbi rəy təqdim etməsinə baxmayaraq millidə futbolçuya istirahət verməməsindən narazı qalıb.
Qeyd olunur ki, İspaniya millisi faktiki olaraq eyni hesabatı verən "Real"ın müdafiəçisi Din Huysenə istirahət verib. Lakin Olmonun məsələsində İspaniyanın baş məşqçisi Luis de la Fuente fərqli qərar verməyi üstün tutub.
"Barselona" yarımmüdafiəçinin də mövqeyini başa düşmür, çünki o, optimal formada olmamasına baxmayaraq məşqlərdə iştirak etmək istəyirdi. Klub hesab edir ki, Olmo "bəlkə də 2026-cı il dünya çempionatına getməmək qorxusundan, bədəninin ona göndərdiyi bütün siqnalları oxuya bilməyib".












