09 Oktyabr 2025, 11:20
FUTBOL
"Boka Xuniors"un baş məşqçisi Migel Anxel Russo vəfat edib.
Matc.az xəbər verir ki, bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb.
Uzun illərdir xərçənglə mübarizə aparan mütəxəssis 69 yaşında həyatını itirib.
Qeyd edək ki, Miger Anxel Russo yayda "Boka Xuniors"un baş məşqçisi təyin olunmuşdu. O, 2007-ci ildə və 2020/2021 mövsümündə də bu komandada işləyib.












