"Everton" müdafiəçi Ceyms Tarkovski ilə yeni müqavilə imzaladığını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 32 yaşlı ingilis futbolçunun yeni müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki müqaviləsi isə cari mövsümün sonuna qədər idi.

Qeyd edək ki, Ceyms 2022-ci ilin yayından azad agent kimi keçdiyi "Evertonda"dır. O, bu mövsüm 9 matçda iştirak edib, ümumilikdə 128 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest