08 Oktyabr 2025, 13:33
FUTBOL
"Auqsburq"un futbolçusu Mert Kömür Türkiyə millisinin formasını geyinə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Türkiyə Futbol Federasiyası 20 yaşlı hücumameyilli yarımmüdafiəçinin özü və aliləsi ilə görüşəcək. Gənc oyunçu hazırda Almaniyanın U-21 yığmasında çıxış edir.
Qeyd edək ki, Mert Kömür bu mövsüm "Auqsburq"un heyətində keçirdiyi 7 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.