07 Oktyabr 2025, 20:38
FUTBOL
İspaniyanın "İnter Mayami" klubunun əfsanəvi müdafiəçisi Jordi Alba cari mövsümün sonunda karyerasını başa vurduğunu açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə futbolçu social şəbəkə hesabında məlumat paylaşıb.
Alba 2023-cü ilin iyul ayından "İnter Mayami"də çıxış edir. 36 yaşlı müdafiəçi daha çox 2012-2023-cü illərdə "Barselona"da keçirdiyi dövrlə tanınır. Kataloniyalılarla o, 2015-ci ildə Çempionlar Liqasının və altı İspaniya çempionatının qalibi olub. O, həmçinin "Valensiya", "Quernella" və "Gimnastica"da da oynayıb.
Alba 2012-ci ildə Avropa çempionluğu yaşadığı İspaniya millisinin heyətində 2011-2023-cü illər arasında 93 oyun keçirib və 9 qol vurub.