Xavi Hernandes Moskvanın "Spartak" klubunu idarə etmək təklifini rədd edib.

Matc.az xəbər verir ki, bu barədə Rusiyanın "Metaratings" nəşri məlumat yayıb.

Bildirilir ki, "Spartak" Xaviyə təklif göndərib, lakin 45 yaşlı ispan məşqçi Rusiyada işləmək imkanından imtina edib.

Moskva klubuna hazırda digər Avropa futbol əfsanəsi Deyan Stankoviç başçılıq edir. "Spartak" serbiyalı mütəxəssisdən narazıdır və artıq onu işdən çıxarmağa hazırdır. Klub rəhbərliyinin qərarını ləngidən yeganə səbəb hazır alternativin olmamasıdır.

Qeyd edək ki, Bundan əvvəl Xavinin "Mançester Yunayted"i idarə etməyə hazır olduğu və Səudiyyə Ərəbistanından gələn bütün təklifləri rədd etdiyi bildirilirdi. O, ən son 2021-ci ildən 2024-cü ilə qədər "Barselona"nı çalışdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest