07 Oktyabr 2025, 11:08
FUTBOL
DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Ukrayna yığması ciddi itki ilə üzləşib.
Matc.az xəbər verir ki, "Trabzonspor"un futbolçusu Aleksandr Zubkov zədələnib. 29 yaşlı vinger heyətdən kənarlaşdırılıb.
Onun əvəzinə "Şaxtyor"dan Oleq Oçeretko milliyə dəvət olunub.
Qeyd edək ki, Ukrayna - Azərbaycan qarşılaşması oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək.












