07 Oktyabr 2025, 10:49
FUTBOL
"Bavariya" mövsümün sonunda müqaviləsi başa çatan Dayo Upamekano ilə razılıq əldə edib.
Matc.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Fransalı futbolçu klubun sözləşmə təklifini qəbul edib. Yaxın günlərdə 26 yaşlı mərkəz müdafiəçisi ilə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Dayo Upamekano bu mövsüm "Bavariya"nın heyətində keçirdiyi 14 oyunda 1 qol ötürməsi edib.












