DÇ-2026-nın seçmə mərhələsində millimizlə qarşılaşacaq Fransa yığmasının heyətində dəyişiklik edilib.

Matc.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

PSJ-nin futbolçusu Bredli Barkola zədə səbəbindən heyətdən kənarlaşdırılıb. Onun "Lill"də çıxış edən Florian Toven əvəzləyib.

Qeyd edək ki, Fransa - Azərbaycan qarşılaşması oktyabrın 10-da Parisdə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest