06 Oktyabr 2025, 22:29
FUTBOL
"Qalatasaray"ın futbolçusu Leroy Sane ölkəsi Almaniyada zorakılığa məruz qalıb.
Matc.az xəbər verir ki, 29 yaşlı vinger bu barədə özü açıqlama verib.
Sane Münhendə keçirilən ənənəvi "Oktoberfest"də xoşagəlməz hadisə yaşayıb. Təcrübəli oyunçu bildirib ki, "Bavariya" azarkeşləri onu və klubunu təhqir edib:
"Məni və "Qalatasaray"ı söydülər. Bunu qəbul edə bilmərəm. Səssiz qala bilməzdim və qarşılıq verdim".
Qeyd edək ki, Leroy Sane "Bavariya"dan ayrıldıqdan sonra mövsümün əvvəlində "Qalatasaray"a keçib.












