06 Oktyabr 2025, 21:51
FUTBOL
"Real"ın futbolçusu Cud Bellingem baş məşqçi Xabi Alonsodan narazıdır.
Matc.az xəbər verir ki, bu barədə "Radioestadio Noche" məlumat yayıb.
Zədədən yeni qayıdan 22 yaşlı futbolçu az oynamasını haqsızlıq hesab edir. İngiltərə millisinin üzvü narazılığını klub rəhbərliyinə bildirib.
Qeyd edək ki, Cud Bellingem bu mövsüm "Real"ın heyətində keçirdiyi 11 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.












