"Əl-İttihad"ın yeni baş məşqçisi müəyyənləşib.

Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi Serjiu Konseysau ilə anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Portuqaliyalı mütəxəssis yaxın günlərdə klubla 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Serjiu Konseysaunun son iş yer "Milan" olub. "Əl-İttihad" isə Loran Blanla yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest