02 Oktyabr 2025, 14:11
FUTBOL
"Fənərbaxça"nın qapıçısı İrfan Can Eyribayat zədələnib.
Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandanın məşqi zamanı 28 yaşlı qolkiperin sağ ayağının baş barmağı sınıb. Təcrübəli "əlcək sahibi"nin müalicəsinə başlanılıb.
Qeyd edək ki, İrfan Can Eyribayat bu mövsüm "Fənərbaxça"nın heyətində 6 rəsmi oyunda meydana çıxıb.












