UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunun ən yaxşı qoluna namizədlər məlum olub.

Matc.az xəbər verir ki, namizədlərdən biri "Qarabağ"ın futbolçusu Emmanuel Addainin "Kopenhagen"in qapısına vurduğu qoldur. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qanalı vinger qalib olmaq üçün Erlinq Holann ("Mançester Siti"), Cordan Teze ("Monako") və İsmael Saibari (PSV) ilə mübarizə aparacaq. Həftənin qolu UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğunun əsasında müəyyənləşəcək.

Qeyd edək ki, Emmanuel Addai "Qarabağ"ın "Kopenhagen"i 2:0 hesabı ilə məğlub etdiyi matçda komandasının ikinci qolunu vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest