Kişi və qadın voleybolçular arasında Yüksək Liqaların 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib.
Matc.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan tədbirdə federasiyanın və klubların nümayəndələri iştirak ediblər.
Yeni mövsümdə qadınların Yüksək Liqasında 9 komanda – "Azərreyl", "Abşeron", "Murov Az Terminal", "Gəncə", "Milli Aviasiya Akademiyası", UNEC, eləcə də debütant "DH Volley", "Turan" və "Gənclər" klubları mübarizə aparacaqlar.
Yarışlar liqa mərhələsindən (ilkin mərhələ) və pley-offdan ibarət olacaq. Liqa mərhələsi dairəvi sistem üzrə ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, ən yaxşı 8 komanda pley-offa yüksələcək.
Kişilərin çempionatında isə 6 komanda – "Azərreyl", "Murov Az Terminal", "Xilasedici", "Neftçi", ORDU və "Gənclər" çıxış edəcək. Oyunlar dairəvi sistem üzrə ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq. İki dövrənin yekununda ilk 4 pillədə qərarlaşacaq komandalar pley-offda iştirak hüququ qazanacaqlar.
Yüksək Liqa
I tur
Kişilər
"Neftçi" - ORDU
"Murov Az Terminal" - "Azərreyl"
"Gənclər" - "Xilasedici
Yüksək Liqa
I tur
Qadınlar
"Gənclər" - "Murov Az Terminal"
"Gəncə" - "Azərreyl"
"DH Volley" - "Abşeron"
UNEC - "Milli Aviasiya Akademiyası"
Oyunların keçirilmə vaxtı və məkanı barədə məlumat veriləcək.