"Növbəti oyunlara köklənəcək və heç nə olmamış kimi yolumuza davam edəcəyik".

Misli Premyer Liqasının 4-cü turu çərşivəsində keçirilən matçdan sonra "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya oyunu dəyərləndirib.

Matc.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bildirib, səhv nəticəsində texniki məğlubiyyət alacaqlarından söz açıb:

"Sizi bir qədər gözlətdiyimə görə hər birimizdən üzr istəyirəm. Paltardəyişmə otağında müzakirə uzandığı üçün bir qədər yubandım.

Çətin və bərabər oyun alındı. Düzgün oynamağa çalışdıq. İkinci hissədə qələbə topunu vura bildik. "Sumqayıt"ın hücum xətti çox güclüdür. Çalışdıq ki, onlara epizod verməyək.

Sadəcə, düşüncəsizliyimizin güdazına getdik. Şəraitdən narazı olmağımla bağlı suala gəlincə, mən meydanda olanlarla, hər şeyə rəğmən, komandamın 7 xal qazanması barədə ürəklə danışa bilərəm. Qalan suallara klub işçiləri cavab versə, daha uyğun olar.

Peşəkaram, futbolçularım da həmçinin. Növbəti oyunlara köklənəcək və heç nə olmamış kimi yolumuza davam edəcəyik".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest